Volkov 60-a çatdı

  • Bu gün, 11:12

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

Sportlife.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Volkov bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/2019 mövsümündə debüt edən futbolçu ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Davit Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.


Paylaş: