ÇL: PSJ bu gün "Bayern"lə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportlife.az xəbər verir ki, mərhələnin ilk matçında PSJ Fransada “Bayern”i qəbul edəcək. Qarşılaşma “Park de Prens” stadionunda, saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Yarımfinalın digər matçı aprelin 29-da keçiriləcək. “Atletiko” İspaniyada “Arsenal”la görüşəcək