Göstərdiyi oyun taleyini həll etdi
“Real” qapıçısı Andrey Lunini növbəti mövsüm üçün komandada saxlamağa yaxındır.
Sportlife.az xəbər verir ki, ukraynalı qolkiperin səfərdə “Betis”ə qarşı oyunda (1:1) göstərdiyi inamlı performans “kral klubu”nun qərarına ciddi təsir edib və rəhbərlik onu komandada saxlamağa meyllidir.
Lunin 2025/26 mövsümündə 11 oyunda iştirak edib və qapısından 21 top buraxıb. O, Madrid təmsilçisinə 2018-ci ilin yayında transfer olunub.
27 yaşlı qapıçının “Real”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.