"Alvaresin nə düşündüyünü bilmirəm" - Simeone

  • Bu gün, 15:26

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin mümkün ayrılığı ilə bağlı fikirlərini bölüşüb.

Daha əvvəl 26 yaşlı futbolçunun karyerasını “Barselona”da davam etdirmək istədiyi barədə xəbərlər yayılmışdı.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinal mütəxəssis, həmyerlisinin nə düşündüyünü bilmədiyini deyib:

“Onun nə düşündüyünü bilmirəm. “Arsenal”, PSJ və “Barselona”nın onu istəməsi normaldır”.

Argentinalı forvard bu mövsüm bütün yarışlarda 47 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.


Paylaş: