"Real"da Mourinyo dövrü yenidən başlayır?

  • Bu gün, 18:17

"Benfika"nın çalışdırıcısı Joze Mourinyo "Real"ın baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Sportlife.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres 63 yaşlı məşqçini geri qaytarmağı planlaşdırır. Qeyd olunur ki, yeni baş məşqçinin təyin edilməsi qərarı prezidentin özü tərəfindən veriləcək - Xabi Alonsonun təyinatından fərqli olaraq.

Mourinyo 2025-ci ilin sentyabr ayından bəri "Benfika" klubunda çalışır və müqaviləsi 2027-ci ilə qədərdir. O, 2010-cu ildən 2013-cü ilə qədər "Real"ı çalışdırıb, klubla İspaniya çempionluğunu, Kubokunu və Super Kubokunu qazanıb.


Paylaş: