Haverts yarımfinalda oynamayacaq
“Arsenal”ın hücumçusu Kay Haverts UEFA Çempionlar Liqasında səfərdə “Atletiko”ya qarşı keçiriləcək yarımfinal mərhələsinin ilk matçında komandasına kömək edə bilməyəcək.
Sportlife.az xəbər verir ki, Haverts həftəsonu İngiltərə Premyer Liqasında “Nyukasl”la oyunda (1:0) zədələnərək əvəzlənib. Onun nə qədər müddətə sıradan çıxdığı isə hələlik dəqiq bilinmir.
Almaniyalı futbolçu bu mövsüm 20 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Madriddə keçiriləcək “Atletiko” – “Arsenal” matçı sabah saat 23:00-da start götürəcək.