Alvares klubunu dəyişəcək
"Atletiko”nun hücumçusu Xulian Alvares gələcəyi ilə bağlı qərar verib.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu klubuna artıq bu yay “Barselona”ya keçmək istədiyini bildirib.
Tərəflər arasında danışıqların çətin keçəcəyi gözlənilir. Belə ki, “Barselona” ilə “Atletiko”nun oyunçunun transfer qiyməti ilə bağlı mövqeləri arasında təxminən 50 milyon avro fərq var.
Daha əvvəl mətbuatda yayılan xəbərlərdə 26 yaşlı hücumçunun “Barselona”nın yay transfer dövrü üçün əsas hədəfi olduğu vurğulanırdı.
Alvares 2025/26 mövsümündə 47 oyunda meydana çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.