Cerrardın yeni iş yeri hara olacaq?
İngiltərə millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard yenidən ölkəsində baş məşqçi kimi işə başlaya bilər.
Sportlife.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin xidmətində “Bristol Siti” maraqlıdır.
Çempionşipdə çıxış edən “Bristol Siti” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandaya hazırda Roy Hodson rəhbərlik edir.
Bundan əvvəl mətbuatda cari mövsümün sonunda Premyer Liqanı tərk edəcək “Bernli”nin də Cerrardı baş məşqçi postuna gətirmək istədiyi barədə məlumatlar yayılmışdı.
İngiltərəli mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. O, “Reyncers” və “Aston Villa” komandalarını da çalışdırıb.