9 milyona satıb, 35 milyona geri istəyirlər
"İnter" "Brügge"nin yarımmüdafiəçisi Aleksandr Stankoviçi geri qaytarmaq niyyətindədir.
Sportlife.az xəbər verir ki, "neradzurri" rəhbərliyi gənc istedadın geri qayıtması üçün növbəti mövsümü gözləməmək qərarına gəlib. Milan təmsilçisi müqavilədəki xüsusi bənddən istifadə edərək, oyunçunu dərhal satın almaq istəyir.
Qeyd edək ki, Stankoviç 2025-ci ilin iyul ayında 9,5 milyon avro qarşılığında Belçika klubuna satılmışdı. Lakin onun son bir ildəki möhtəşəm performansı dəyərini sürətlə artırıb. "Transfermarkt" hazırda 20 yaşlı yarımmüdafiəçinin bazar qiymətini 35 milyon avro olaraq qiymətləndirir.
Aleksandr Stankoviç 2025/26 mövsümündə "Brügge"nin heyətində çıxdığı 50 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.