66 illik rekord təkrarlandı

  • Bu gün, 09:00

PSJ – “Bayern” matçı Çempionlar Liqasının tarixinə düşüb.

Sportlife.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən görüşdə Paris klubu 5:4 hesabı ilə qalib gəlib.

Bu, turnirin tarixində yarımfinal mərhələsində bir oyunda qeydə alınan ilk belə nəticədir. Məlumatı "Opta Sports" yayıb.

1959/1960 mövsümündə Çempionlar Kubokunun yarımfinalında "Ayntraxt" "Reyncers"i 6:3 hesabı ilə məğlub edib. Lakin həmin vaxt turnir fərqli formatda keçirilirdi.


Paylaş: