FİFA klublara şərt qoymağa hazırlaşır
FİFA prezidenti Canni İnfantino və qurumun şurası klublarla bağlı yeni qayda üzərində işləyir.
Sportlife.az xəbər verir ki, Vankuverdə keçirilən Şuranım iclasında qurumun rəhbərliyi bütün tərəflərlə məsləhətləşmələrin başlanmasını yekdilliklə təsdiqləyib.
Müzakirə olunan əsas məsələ klublar üçün məcburi limitin tətbiqidir. Belə ki, ideyaya əsasən, dünyadakı bütün klublar əsas heyətdə minimum öz yetirməsi olan bir yerli gənc futbolçuya (U-20 və ya U-21 yaş kateqoriyasına aid oyunçuya) meydanda yer verməli olacaq.
O da bildirilir ki, hazırda bu təşəbbüs yalnız niyyət mərhələsindədir və yekun qərar qəbul edilməyib. Bununla belə, belə bir qaydanın tətbiqi komandaların heyət quruluşuna ciddi təsir göstərə bilər.
Məsələ ilə bağlı yekun təklifin gələn il FIFA Şurası tərəfindən yenidən müzakirəyə çıxarılması planlaşdırılır.
Yeni limitin tətbiq olunacağı halda klubların buna necə reaksiya verəcəyi isə hələlik qeyri-müəyyəndir.