Fransada məşqçi ayrılığı

  • Bu gün, 17:26

"Tuluza" cari mövsümün sonunda baş məşqçi Karles Martineslə yollarını ayıracaq.

Sportlife.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Fransa Liqa 1 təmsilçisi 30 iyun 2026-cı ilə qədər qüvvədə olan müqaviləni uzatmayacaqlarını təsdiqləyib. Beləliklə, 41 yaşlı ispaniyalı mütəxəssis yayda vəzifəsindən ayrılacaq.

Karles Martinez 2023-cü ildən sözügedən komndanı çalışdırırdı. Bu, onun klub səviyyəsində müstəqil şəkildə ilk iş təcrübəsidir.

Komanda hazırda Fransa Liqa 1-in turnir cədvəlində 10-cu yerdədir.


Paylaş: