İştirak edən hər komandaya 12,5 milyon dollar

  • Dünən, 21:17

FİFA DÇ-2026 üçün mükafat fondunu artırıb.

Sportlife.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, yeni qərar fonunda ümumi məbləğ 15% artırılaraq 871 milyon dollara çatdırılıb.

Turnirdə iştirak edəcək hər komanda minimum 12,5 milyon dollar qazanacaq, əlavə olaraq hazırlıq və təsnifat ödənişləri də yüksəldilib.

Qeyd edək ki, bu addım yüksək xərclərlə bağlı federasiyaların narahatlıqlarını azaltmaq məqsədi daşıyır.


Paylaş: