Zidanın oğlunun çənəsi sındı
"Qranada"nın qapıçısı Luka Zidan ağır zədə alıb.
Sportlife.az xəbər verir ki, "Almeriya" ilə oyunda toqquşma nəticəsində zədələnən qolkiperin çənə sümüyündə sınıq aşkarlanıb.
Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq və dünya çempionatında iştirakı sual altına düşüb.
Qeyd edək ki, əməliyyat olunacağı halda Zidanın mundialı qaçırması ehtimalı yüksəkdir.
Xatırladaq ki, əfsanəvi futbolçusu Zinəddin Zidan oğlu əvvəllər Fransanın gənclər komandalarında çıxış edib. O, ötən il ata tərəfdən nənə-babasının vətəni olan Əlcəzairin şərəfini qorumaq qərarına gələrək vətəndaşlığını dəyişib.