Cüdoçularımızın rəqibi bəlli oldu

  • Bu gün, 17:04

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək. 

Kişilər

-60 kq, 1/8 final

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

-66 kq, 1/8 final

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

-73 kq, 1/8 final

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)


Paylaş: