MY-də yeni müqavilə
İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.
Sportlife.az xəbər verir ki, Premyer Liqa nəhəngi Kobbi Meynunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçis ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.