"Bayern" 15 milyonluq tələbi rədd etdi

  • Bu gün, 15:51

“Bayern”in müdafiəçisi Konrad Laymer bu yay komandadan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, Avstriyalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Münhen təmsilçisi sözləşmənin müddətini uzatmağa qarşı olmasa da, oyunçunun illik 12-15 milyon avro civarında maaş tələblərini qarşılamaq niyyətində deyil.

Klub rəhbərliyi qarşıdakı transfer pəncərəsində Laymeri satmağa hazırdır. Həmçinin, onun növbəti mövsümün sonunda azad agent kimi ayrılmasına da icazə verilə biləcəyi istisna edilmir.

28 yaşlı futbolçu “Bayern”ə 2023-cü ildə “Leyptsiq”dən transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq, 3 qol vurub və 12 məhsuldar ötürmə verib.


Paylaş: