"Marsel"in ulduzu Paris yolunda
“Marsel”in hücumçusu Meyson Qrinvud PSJ-nin maraq dairəsinə düşüb.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu artıq mütəmadi olaraq top-klublara mümkün keçidi ilə gündəmə gəlir.
24 yaşlı forvard uğrunda PSJ də mübarizə aparmağa hazırdır. Ancaq əsas problem transfer qiyməti ola bilər. Gözlənilir ki, “Marsel” oyunçusu üçün 80 milyon avrodan çox məbləğ tələb edəcək.
Qrinvud cari mövsümdə “Marsel”in heyətində 42 oyunda meydana çıxıb, 25 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” ekspertləri “Mançester Yunayted”in yetirməsinin dəyərini 55 milyon avro olaraq qiymətləndirir.