31 yaşında yeni macəra
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Barselona”da davam etdirmək istəyir.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in kapitanı əsas prioritet kimi məhz Kataloniya klubunu seçib və hazırda “Barselona”dan konkret addımlar gözləyir.
Bununla belə, “Yuventus” da yarışdan çıxmayıb. Turin klubu portuqaliyalı futbolçuya 2+1 illik müqavilə və rəqabətədavamlı maaş təklif edib. “Barselona”ya keçid baş tutmasa, Silvanın “Yuventus”la danışıqlara başlaması gözlənilir.
31 yaşlı futbolçu “Mançester Siti” ilə müddəti başa çatacaq müqaviləsini yeniləməyəcək və azad agent kimi transfer bazarına çıxacaq.