Tonali qərarını verdi
Sandro Tonali İtaliyaya qayıtmaqdan imtina edib. “Yuventus”un maraqlandığı yarımmüdafiəçi Premyer Liqada qalmağı üstün tutur.
Sportlife.az xəbər verir ki, Tonali İspanya və Almaniyadan aldığı təklifləri də geri çevirmək niyyətindədir. O, daha yüksək səviyyəli liqa hesab etdiyi İngiltərə çempionatında qalmaq niyyətindədir.
25 yaşlı yarımmüdafiəçini bu qərarından sonra “Mançester Yunayted” və “Arsenal” planlarına yenidən baxacaq. Bu futbolçunu transfer etməyən sözügedən komandalar “Nyukasl”la danışıqları sürətləndirəcək. 3 il öncə “Milan”dan 61 milyon avroya alınan oyunçunu “sağsağanlar” 85 milyona satmağa razılaşacaq.