Azərbaycanın ən gəlirli klubu
Azərbaycanın 3 ən imkanlı klubunun sponsor gəlirləri müqayisə olunub.
Sportlife.az xəbər verir ki, bu göstəricidə "Sabah"ın "Qarabağ"ı 55 dəfə, "Neftçi"nin isə 49 dəfə üstələdiyi müəyyənləşib.
Halbuki bir çoxları "Qarabağ"ın sponsorlar və ya özəl maliyyə hesabına böyük gəlir əldə etdiyini düşünür. Son 5 ilin maliyyə hesabatına əsasən, Ağdam klubunun gəlirlərinin əsas hissəsi Avropa yarışları, UEFA ödənişləri və yayım hüquqlarının satışından formalaşır.