Premyer Liqada 30-cu tur başlayır

  • Bu gün, 10:00

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

İlk olaraq "Sumqayıt" "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 38 xalla 7-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.

Saat 18:30-da "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla 6-cı, qonaqlar 29 xalla 9-cu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.


Paylaş: