"Formula 1" filmi "Oskar" aldı

  • Bu gün, 12:27

Ötən gecə 98-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, Bred Pittin rol aldığı "F1" idman dramı "Ən Yaxşı Səs" mükafatını qazanıb. Film, həmçinin digər 3 kateqoriyaya da namizəd göstərilib: "Ən Yaxşı Film", "Ən Yaxşı Film Montajı" və "Ən Yaxşı Vizual Effektlər".

"F1" ciddi qəzadan sonra peşəkar yarışlardan təqaüdə çıxan, lakin 30 il sonra dostunun xahişi ilə zəif komandaya qayıdan avtomobili sürücüsü Sonni Heynsin hekayəsini danışır.


Paylaş: