"Bavariya" çətin vəziyyətdə

  • Bu gün, 11:26

“Bavariya” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta" ilə oyunu öncəsi çətin vəziyyətə düşüb.

Sportlife.az xəbər verir ki, Münhen klubunun qapıçıları zədəlidir. 

Manuel Noyer baldır, Sven Ulrayx adduktor əzələsindəki zədədən əziyyət çəkir. Yonas Urbiq "Atalanta"ya qarşı ilk matçda beyin silkələnməsi keçirib.  

Onlardan heç biri martın 18-də keçiriləcək ikinci oyuna qədər sıraya qayıtmasa, son iki qarşılaşmada ehtiyat oyunçular skamyasında olan 16 yaşlı Leonard Preskott start heyətində meydana daxil ola bilər.

“Bavariya” ilk oyunda səfərdə “Atalanta”nı darmadağın edib – 6:1.


Paylaş: