MY 4 futbolçusu ilə vidalaşacaq

  • Bu gün, 15:28

"Mançester Yunayted” bu yay bəzi oyunçuları ilə vidalaşmağı planlaşdırır.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas heyətdə daimi oyunçu olmayan Meyson Maunt, Manuel Uqarte və Coşua Zirkze, eləcə də, “Trabzonspor”un icarəyə götürdüyü Andre Onana İngiltərə klubunu tərk edə bilər. Klub rəhbərliyi heyəti gücləndirmək üçün bu 4 oyunçunu satmağa hazırdır.

“Mançester Yunayted” 29 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir. “Qırmızı şeytanlar” bu gün “Aston Villa” ilə qarşılaşacaq.


Paylaş: