"Qarabağ"dan inamlı qələbə

  • Bu gün, 21:13

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Zirə" "Qarabağ"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Xoni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu 2-ci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla 4-cü sıradadır.

Günün ilk görüşündə "Sabah" səfərdə "İmişli"ni 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.


Paylaş: