Kaşkilya: “Neftçi”ni düşünməliyik"

  • Bu gün, 17:09

Azərbaycan Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Oyun haqda deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın zədələnməsi komandaya pis təsir etdi. 2-ci qolu da tez buraxdıq. Müdafiəçilərin səhvinə görə penalti oldu. 2-ci qoldan sonra toparlanmaq çətin oldu. “Sabah” kimi çempionatın liderinə qarşı geridönüş etmək çətindir. Bundan öncə də “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Onların motivasiyası yüksək idi. Səhvlərimizdən yararlanıb, fərqi artırdılar. Çempionluğa iddialı komandadır. Səhvlərimizə görə də böyük hesab qeydə alındı. “Sabah”ı təbrik edirəm, bizdən üstün, keyfiyyətli oyun göstərdilər. Özümüzə gəlincə, gələn oyuna hazırlaşmalı, “Neftçi”ni düşünməliyik. Praktiki cəhətdən çalışacağıq. Bu cür məğlubiyyətdən sonra komandanı qaytarmaq lazımdır. Öhdəsindən gələcəyimizə inanıram.

– Son qələbəniz ötən il “Neftçi” üzərində olub. İndi də növbəti oyun onlara qarşıdır...
– Hər oyuna qalib gəlmək düşüncəsi ilə çıxırıq. “Neftçi” ilə matçdan da 3 xal qazanmağa çalışacağıq. Onların da güclü olduğunu nəzərə almalıyıq. Çalışacağıq ki, yenidən qələbə qazanaq.

– “Sabah”la matça qədər son 5 oyunda cəmi 1 qol buraxmışdınız. Bu gün isə 5-ni birdən. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?
– Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Amma Ronaldo qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək.


Paylaş: