"Sabah" Quba səfərində, "Qarabağ" "Zirə" ilə üz-üzə
"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.
Sportlife.az xəbər verir ki, günün ilk matçında Bakı təmsilçisi "İmişli"nin qonağı olacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. "Sabah" 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.
Azərbaycan Premyer Liqası
III dövrə, XXIV tur
14 mart
15:00. "İmişli" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:15. "Zirə" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.