Mövsümün sonunda 2 ayrılıq
"Borussiya"nın direktoru Lars Riken müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcanın müqavilələrini uzatmamaq qərarına gəldiklərini açıqlayıb.
Sportlife.az xəbər verir ki, hər iki futbolçu mövsümün sonunda komandadan ayrılacaq.
Klub rəsmisi deyib ki, bu həftə hər iki oyunçu ilə açıq və hörmətcil söhbət olub: "Niklas, Salih və mən mövsümün sonunda ayrı-ayrı yollarla gedəcəyik".
Qeyd edək ki, futbolçular 2022-ci ildən Dortmund klubunda oynayırlar.