Azərbaycanda işləmiş mütəxəssis Superliqa yolunda

  • Bu gün, 16:53

Sergey Yuran "Alanyaspor"un baş məşqçisi ola bilər.

Sportlife.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar gedir.

Komandanın hazırkı çalışdırıcısı Joau Pereyranın tezliklə qovulacağı gözlənilir.

"Alanyaspor" 25 turdan sonra 27 xalla Super Liqada 11-ci yerdədir.

Qeyd edək ki, Yuranın son iş yeri ötən il çalışdırdığı Türkiyənin I Liqa təmsilçisi "Serikspor" olub. Rusiyalı mütəxəssis Azərbaycanda "Simurq"a da rəhbərlik edib.


Paylaş: