Millimizdən ilk qələbə

  • Bu gün, 17:06

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, B qrupunda yer alan yığma ev sahibi komanda ilə qarşılaşıb. Görüş millimizin 21:8 hesablı qələbəsi ilə bitib. Komanda turnirin ilk oyununda Kanadaya uduzub - 10:16.

Yığma qrupdakı son matçını martın 14-də İspaniyaya qarşı keçirəcək.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.


Paylaş: