Renat Dadaşovun komandasından vacib qələbə

  • Bu gün, 10:53

Polşa Ekstraklasasında 26-cı turun oyunları keçirilir. 

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" öz meydanında çempionatın lideri “Zaqlebie”ni qəbul edib.

Matç həmyerlimizin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Motor”a 3 xal qazandıran yeganə qolu görüşün 52-ci dəqiqəsində Mbaye Ndiaye vurub. 

Renat Dadaşov sarı vərəqə cəzalısı olduğu üçün bu matçda iştirak etməyib. 

Qeyd edək ki, son beş turda dördüncü qələbəsini qazanan “Motor” xallarının sayını 37-ə çatdırmaqla turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası liderdən cəmi 4 xal geri qalır. 


Paylaş: