“Milan”ın aparıcı fubtolçusu sıradan çıxıb

  • Bu gün, 11:33

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportlife.az xəbər verir ki, "rossoneri"nin aparıcı oyunçularından olan Rafael Leau sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı vinger sağ əlinin dirsəyindən zədələnib. 26 yaşlı futbolçu A Seriyasının bu gün "Torino" ilə keçiriləcək oyununda iştirak etməyəcək.

Qeyd edək ki, "Milan" Rafael Leaunu 2019-cu ilin yayında "Lill"də 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: