Kaşkilyanın darmadağın şərhi

  • Dünən, 22:53

"İmişli" Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Neftçi"yə 0:6 hesabı ilə uduzub.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə ki, məntiqli olaraq əhvalımız pisdir. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

- Novruz və Ramazan bayramıdır. Adətən baş məşqçilər bununla bağlı jurnalistləri və ictimaiyyəti təbrik edir. İstəyərədim ki, bununla bağlı məlumatlı olasınız...

- Başa düşdüm, çox sağ olun. Təbrik edirəm.

- Ötən tur "Sabah" 5, bu gün isə "Neftçi" 6 qol vurdu. Növbəti oyun "Turan Tovuz"a qarşıdır. 7-ci qola hazırsınız?

- Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiniz.

- Premyer Liqanın XXII turunun "Turan Tovuz"la (0:0) görüşündən sonra sual vermişdim ki, heyətin geniş olmamasına görə, çətinlik çəkə bilərsiniz. Siz də bildirmişdiniz ki, bəli, əziyyət çəkəcəyik, amma buna hazırıq. Artıq həmin ağır perioda daxil olduğunuzu deyə bilərik?

- Əlbəttə ki, neqativ fazanı keçirik. 2 oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməz idi. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İ

2 oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional, köklənmə cəhətdən özünü itirir. "Sabah" və "Neftçi" kimi yüksəksəviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Oynayanlar həmin futbolçulardır. Sona qədər də mübarizəmiz davam edəcək. Hazırda baş verən fasilənin bizə xeyirli olacaq ki, komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ bilsin.

- "Kəpəz" son qələbəsindən sonra "İmişli"yə çatmağa yaxındır. Premyer Liqada qala bilməmək təhlükəsi hiss edirsiniz?

- Heç vaxt şübhəm olmayıb ki, Premyer Liqada qalmayacağıq. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik.

- Mövsümün əvvəlində "İmişli" daha çox yerli futbolçuları oynatmaqla seçilirdi. Amma sonradan daha çox legionerlər oynamağa başladı. Belə düşünmək olar ki, yerlilər xarici futbolçulardan daha keyfiyyətlidir?

- Bu, onunla bağlı deyil. Kimsə bir-birindən güclüdür, deyə bilmərik. Legionerlərimiz və yerlilər arasında zədəlilərimiz var.


Paylaş: