Silva klubunu dəyişə bilər

  • Bu gün, 13:46

Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi ona uzunmüddətli müqavilə təklif edib.

Bildirilir ki, Silva “Yuventus”a azad agent kimi qoşula bilər. Belə ki, onun “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

31 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 30 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.


Paylaş: