"Barselona"nın Reşford planı

  • Bu gün, 17:09

"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun icarə müqaviləsinin müddətini uzatmaq istəyir.

Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçu artıq klub rəhbərliyinə "Barselona"da qalmaq istədiyini bildirib.

"Barselona" və "Mançester Yunayted" hazırda hücumçunun gələcəyi ilə bağlı danışıqlar aparırlar. "Barselona" icarə müddətini uzatmaq istəyir, lakin "Yunayted" əvvəlcə razılaşdırıldığı kimi, daimi transferdə israr edir.

Reşford La Liqada 23 oyunda dörd qol vurub və altı məhsuldar ötürmə edib.


Paylaş: