Barmağı qopan futbolçu əməliyyat olundu
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la cavab oyununda (0:4) barmağından ciddi zədə alan "Qalatasaray"ın yarımmüdafiəçisi Noa Lanq əməliyyat olunub.
Sportlife.az xəbər verir ki, Liverpulda baş tutan cərrahi müdaxilə uğurlu alınıb.
Bu barədə futbolçunun özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, oyun zamanı barmağı reklam lövhələrinin arasında qalaraq qopan Lanq meydanı xərəkdə tərk edib.