ÇL-də ən yaxşı adına 4 namizəd
UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Sportlife.az xəbər verir ki, mükafata Fransisko Trinkao ("Sportinq"), Vinisius ("Real"), Rafinya ("Barselona") və Dominik Soboslai ("Liverpul") iddia edir.
Trinkao "Budyo Qlimt" üzərində 5:0 hesablı qələbədə iki məhsuldar ötürmə, Vinisius "Mançester Siti" ilə matçda (2:1) qələbədə iki qol, Rafinya "Nyukasl"la görüşdə (7:2) iki qol və iki məhsuldar ötürmə, Soboslai isə "Qalatasaray"a qarşı matçda (4:0) bir qolla yadda qalıb.