"Araz-Naxçıvan"dan səfər qələbəsi

  • Bu gün, 16:56

Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Sportlife.az xəbər verir ki, turun açılış oyununda "Şamaxı" - "Araz-Naxçıvan"la qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.

Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 39-a yüksəldərək 4-cü pillədə qərarlaşıb. 7-ci sırada olan "Şamaxı"nın isə 32 xalı var.

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.


Paylaş: