Şmeyxel üçün çətin an

  • Bu gün, 17:48

"Seltik" və Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel bir daha peşəkar səviyyədə oynamamaq riski ilə üzləşib.

Sportlife.az xəbər verir ki, qolkiper sol çiynindəki zədəyə görə karyerasını başa vura bilər.

Danimarkalı futbolçu bütün həyatını həsr etdiyi idman növünü tərk edə biləcəyini anlamağın olduqca çətin olduğunu deyib: "Bisepsim, rotator manjetim cırıldı, çiynim çıxdı. Deyəsən, reabilitasiya üçün 10-12 ay lazım olacaq. 

Buna necə reaksiya verəcəyimi bilmirəm. Ola bilsin ki, sonuncu futbol matçımı oynamışam. Doğuşdan bəri futbolçuyam. Bu fikir sadəcə sarsıdıcıdır. Hazırda bunu mənim üçün anlamaq həqiqətən çox çətindir".


Paylaş: