Dik Advokat "Feyenoord"da

  • Bu gün, 12:50

Dik Advokatın yeni iş yeri bəlli olub.

Sportlife.az xəbər verir ki, mütəxəssis bundan sonra "Feyenoord"da baş məşqçi Robin van Persinin məsləhətçisi vəzifəsində çalışacaq.

Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. Advokat məşqçilər heyətində rəsmi vəzifə tutmayacaq və matçlar zamanı ehtiyat oyunçular skamyasında olmayacaq.

Qeyd edək ki, Dİk Advokat bu ilin fevral ayında ilk dəfə dünya çempionatına vəsiqə qazanan Kurasao millisindən istefa verib.


Paylaş: