APL: Tur Şamaxıda start götürür

  • Bu gün, 10:23

Azərbaycan Premyer Liqasının XXV turuna bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, günün yeganə matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Oyun Şamaxı şəhər stadionunda, saat 15:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Naxçıvan klubu 36 xalla 5-ci, meydan sahibləri 30 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 20-də yekun vurulacaq.


Paylaş: