"Real" ən çətin rəqibim deyil"

  • Bu gün, 10:25

"Mançester Siti" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Real"a 1:2 hesabı ilə uduzub.

Sportlife.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola məğlubiyyəti şərh edib:

"Real" mənim ən çətin rəqibim deyil. Ən ciddi rəqibim Yurgen Klopp və "Liverpul" idi.

İspaniyadakı siz jurnalistlər bunu fərq etməmiş ola bilərsiniz. Kloppun rəhbərliyi altında "Liverpul"a qarşı oynamağın necə olduğunu təsəvvür edə bilməzsiniz. Bu, əla təcrübə idi".


Paylaş: