Arbeoladan tarixi uğur
"Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa üçün bu qələbə onun Avropanın aparıcı klub turnirinin ilk 4 pley-off oyununda ardıcıl dördüncü qalibiyyəti olub.
"Opta"nın məlumatına görə, əvvəllər heç bir "Real" məşqçisi bu uğura imza atmayıb.