Almeyda klubunu dəyişdi
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda karyerasını bitirmək fikrində deyil.
Sportlife.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ən azı daha 1 il yaşıl meydanlardakı çıxışını davam etdirəcək. Çünki yarımmüdafiəçi ölkəsi Braziliyada klubunu dəyişib.
"Primavera"dan ayrılan Almeyda D Seriyasında mübarizə aparan "XV Piraçiçaba" klubu ilə müqavilə imzalayıb. O, son mövsümdə "Primavera"nın heyətində 22 oyunda 2 qol vurub.
Qeyd edək ki, ölkəmizdə uzun illər "Qarabağ"ın formasını geyinən Riçard Almeyda, həmçinin "Zirə"də də qısa müddət oynayıb. O, millimizin heyətində 31 matça çıxıb, 3 qol vurub.