Mudrik boş vaxtlarında "Counter-Strike" oynayır
"L`Equipe" nəşri Ukrayna milli komandası və "Çelsi"nin yarımmüdafiəçisi Mixaylo Mudrikin hazırkı fəaliyyətini açıqlayıb.
Sportlife.az xəbər verir ki, futbolçu hər gün səylə məşq edir və boş vaxtını "Counter-Strike" oynamağa sərf edir.
Qeyd olunur ki, Mudrikin uzunmüddətli diskvalifikasiyası təsdiqlənərsə, "Çelsi" onun müqaviləsini ləğv edə bilər.
Ukraynalı futbolçunun son rəsmi oyunu 2024-cü ilin noyabr ayının sonlarında baş tutub. O zaman "Çelsi" Konfrans Liqasının qrup mərhələsində "Haydenhaym"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Mudrik həmin matçda qol vurub.