ABŞ millisindən imtina etdi

  • Bu gün, 12:28

"Auqsburq"un müdafiəçisi Noakay Banks qarşıdan gələn beynəlxalq oyun pəncərəsi zamanı ABŞ milli komandasına qoşulmayacaq.

Sportlife.az xəbər verir ki, o, hələ milli komanda ilə bağlı seçimini etməyib. Futbolçunun Almaniya yığmasında oynamaq perspektivi də var.

Bu səbəbdən 19 yaşlı oyunçu ABŞ yığmasından gələn dəvəti qəbul etməyib. Yığma 28 martda Belçika, 3 gün sonra Portuqaliya ilə qarşılaşacaq.


Paylaş: