AFFA 3 klubu cərimələdi
"İmişli", "Qəbələ" və "Neftçi" klubları cərimələnib.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Hər 3 klub Azərbaycan Premyer Liqasının XXIV turunda yaşananlara görə ziyana düşüb.
"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5 000 manat ödəyəcək. Bu hal cari mövsüm 2-ci dəfə yaşanıb.
"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3 000 manat ödəməli olacaq.
"Neftçi" isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8 000 manat cərimələnib.