İrandan FIFA-ya müraciət

  • Bu gün, 11:24

İran Futbol Federasiyası DÇ-2026-da keçirəcəyi oyunların ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı FIFA-ya müraciət edib.

Sportlife.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkənin Meksikadakı səfirliyinə də müraciət ünvanlayıb.

"ABŞ prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdiyindən, biz qəti şəkildə ora səfər etməyəcəyik.

Dünya çempionatının oyunlarının Meksikada keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparırıq", - deyə Mehdi Tac bildirib.

İran milli komandasının qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirməsi planlaşdırılır. Yığma Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda yer alır. Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.


Paylaş: