Dembeledən yeni müqavilə açıqlaması
PSJ-nin hücumçusu Usman Dembele Paris klubu ilə müqaviləsinin uzadılması barədə sualı cavablandırıb.
Sportlife.az xəbər verir ki, fransalı forvard bunu etməmək üçün heç bir səbəbin olmadığını bildirib:
"Amma qərarları mən vermirəm. Müqaviləmlə bağlı müzakirələr klubla agentim arasındadır. Karyeramın əvvəlindən bəri bu işdə iştirak etməmişəm".
Bu mövsüm 28 yaşlı Dembele PSJ-nin heyətində 27 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.